KİV: Los-Anceles yanğınları 8 milyon insanı təhdid edir
sizinxeber.az xəbər saytı

KİV: Los-Anceles yanğınları 8 milyon insanı təhdid edir


ABŞ-nin Los-Anceles dairəsində meşə yanğınlarının yaylmasına səbəb olan quru, küləkli hava şəraiti səbəbindən Cənubi Kaliforniya yaxın günlərdə kritik yanğın təhlükəsi altında qalacaq.

Bu barədə "Sizinxeber.az" “ABC News” telekanalına istinadən xəbər verir.

“8 milyondan çox insan kritik yanğın təhlükəsi zonasındadır”, - telekanal bildirib.

Məlumata görə, bu vəziyyət yanvarın 15-i çərşənbə gününə qədər davam edəcək.

Los-Ancelesdə şiddətli meşə yanğınları yanvarın 7-də başlayıb. Yanğının genişlənməsinə şərait yaradan qasırğalı küləklər vəziyyəti daha da ağırlaşdırır. Qeyd edilir ki, yanğın hidrantlarında su çatışmazlığı da alovun söndürülməsini çətinləşdirir.

Yanğınlar səbəbindən 180 minə yaxın insan evini tərk etmək məcburiyyətində qalıb, minlərlə bina yanıb. Hollivudun bir çox məşhurları Los-Ancelesdəki evlərini itirib: aktyorlar Mel Qibson və Entoni Hopkins, müğənni Paris Hilton və başqaları. ABŞ Prezidenti Cozef Bayden yanğınları böyük fəlakət elan edib və Kaliforniya ştatına federal yardımla bağlı göstəriş verib.

Oxşar xəbərlər

Meşə yanğınları səbəbindən Hollivudun bir hissəsi təxliyə edilir - YENİLƏNİB
Los-Ancelesdə meşə yanğınları zamanı 16 nəfər ölüb - YENİLƏNİB
Kanada Kaliforniya yanğınları ilə mübarizədə ABŞ-yə kömək edəcək
Bu il Yakutiyada 3 milyon hektardan çox meşə yanıb
ABŞ-də güclü yanğın: Azərbaycanlılar Bakıya qayıtmağa məcbur oldular

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər