Heqset Los-Ancelesdə etirazların yatırılması üçün dəniz piyadalarının göndərilməsini mümkün hesab edib
ABŞ müdafiə naziri Pit Heqset Los-Ancelesdə (Kaliforniya ştatı) qanunsuz immiqrantların deportasiyasına qarşı etirazların yatırılması üçün Dəniz Piyadaları Korpusunun hərbçilərinin göndərilməsini mümkün hesab edib.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə o, sosial şəbəkəd yazıb.
Pentaqon rəhbərinin sözlərinə görə, Los-Ancelesdə qanunsuz immiqrantları həbs edən ABŞ İmmiqrasiya və Gömrük Xidməti (ICE) əməkdaşları ilə etirazçılar arasında baş verən toqquşmalar ölkənin “milli təhlükəsizliyinə ciddi təhdid” təşkil edir.
“Müdafiə Nazirliyi dərhal Los-Ancelesdə federal hüquq-mühafizə orqanlarını dəstəkləmək üçün Milli Qvardiya göndərir. Əgər iğtişaşlar davam edərsə, Kemp-Pendlton bazasında yerləşdirilmiş Dəniz Piyadaları Korpusunun xidmətdə olan hərbçiləri də səfərbər ediləcək, onlar yüksək hazırlıq vəziyyətinə gətiriliblər”, – Heqset bildirib.
Oxşar xəbərlər
Meksika Los-Ancelesdə miqrantlara qarşı reydlərdən narahatlığını ifadə edib
KİV: ABŞ-də qanunsuz miqrantların deportasiyası üçün milli qvardiya əsgərlərindən yardım istənilib
Pentaqon ABŞ-nin Çini cilovlamaq üçün əsas müttəfiqini açıqlayıb
ABŞ-nin müdafiə naziri generalların rəhbər vəzifələrinin ixtisarını əmr edib
KİV: Heqset Trampın Yaxın Şərqə səfərindən əvvəl İsrailə getməyi planlaşdırır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













