Tramp: Los-Ancelesdəki iğtişaşların arxasında radikal solçular dayanır
ABŞ Prezidenti Donald Tramp radikal solçuları Los-Ancelesdə iğtişaşlar təşkil etməkdə ittiham edib.
“Report” xəbər verir ki, dövlət başçısı bununla bağlı fikirlərini “Truth Social” sosial şəbəkəsindəki hesabında yazıb.
"Bu etirazların arxasında radikal solçular dayanır, onları təhrikçilər və üsyançılar təşkil edir, bunun üçün tez-tez pul alırlar. Bu etirazların qarşısı alınacaq", - Tramp sosial şəbəkədə yazıb.
Tramp əlavə edib ki, bundan sonra etirazlarda üzü örtən maskalardan istifadə qadağan ediləcək. "Bu insanlar nəyi gizlətmək istəyirlər?" - Prezident soruşub.
Daha əvvəl bildirilib ki, Los-Ancelesdəki qanunsuz mühacirlərə qarşı polis basqınlarından sonra iğtişaşlar baş verib. Tramp Milli Qvardiya bölmələrinin oraya göndərilməsini əmr edib. Pentaqon rəhbəri Pite Heqset dəniz piyadalarının da iğtişaşların yatırılmaasına cəlb olunacağını istisna etməyib.
Oxşar xəbərlər
Heqset Los-Ancelesdə etirazların yatırılması üçün dəniz piyadalarının göndərilməsini mümkün hesab edib
Tramp qanunsuz etirazlara icazə verən təhsil müəssisələrinin maliyyələşdirilməsini dayandıracaq
Tramp: ABŞ CAR-a bütün maliyyə yardımını dayandıracaq
Tramp: ABŞ Çin üçün gömrük rüsumlarında heç bir istisna etməyib
Tramp Harrisi onu təqib etməkdə ittiham edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













