Merts Trampla Rusiya-Ukrayna münaqişəsinə son qoymaq üçün birgə səyləri müzakirə edəcək
Almaniya Kansleri Fridrix Merts ABŞ Prezidenti Donald Trampla Rusiya-Ukrayna münaqişəsinin həlli üzrə birgə səyləri müzakirə etmək niyyətindədir.
“Sizinxeber.az” TASS-a istinadən xəbər verir ki, bu barədə Merts Vaşinqtonda alman jurnalistlərə bildirib.
“Ukrayna məsələsini və hadisələrin gələcək inkişafını müzakirə etməliyik. Eşitdiniz ki, o, dünən Putinlə uzun telefon danışığı aparıb, lakin bu, heç bir konkret nəticə verməyib. Biz bu müharibəyə son qoymaq üçün birgə səylərin davam etdirilməsini müzakirə etməliyik”, - kansler deyib.
Merts Trampla danışıqlar zamanı NATO-nun güclənməsi məsələsinə də toxunulacağını qeyd edib. Eyni zamanda o, Almaniyanın Avropanın ən güclü nizami ordusunu əldə etməyə çalışdığını bəyan edib. Kanslerin sözlərinə görə, bu, Almaniyanın Aİ-də ən çox əhalisi olan ölkə olması ilə bağlıdır və iqtisadi inkişaf bunu etməyə imkan verir. Bundan əlavə, o, Almaniyanın Avropanın geostrateji mərkəzində olmasına diqqət çəkib.
Qeyd edək ki, Merts və Tramp ilk dəfə bu gün Bakı vaxtı ilə gecə saatlarında Ağ Evdə görüşəcəklər.
Oxşar xəbərlər
Almaniyanın yeni kansleri ABŞ Prezidenti ilə telefon danışığı aparmağı planlaşdırır
Merts gələn həftə Ukrayna ilə bağlı ciddi danışıqlar olacağını gözləyir
KİV: Merts Almaniya kansleri seçkilərində ikinci tur səsverməsindən imtina edəcək
Zelenski və dörd Avropa lideri Trampla İstanbul danışıqlarını müzakirə edib
Merts Rusiya – Ukrayna münaqişəsinin başa çatması ehtimalından danışıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp üzr istəsin, rəsmi danışıqlara qayıdaq - İrandan şərt
-
Altıncı "Yüksəliş" müsabiqəsinin idarəetmə bacarıqları imtahanının nəticələri elan olunub
-
DÇ-2026: Yaponiya Tunisə böyük hesabla qalib gəlib - YENİLƏNİB-7
-
Cənubi Koreya ən sürətlə inkişaf edən silah təchizatçılarından birinə çevrilib
-
Bakıda verilən suyun həcmi müvəqqəti azaldılıb
-
Azərbaycandan Ermənistana dizel və taxıl daşıyan növbəti qatar yola salınıb
