Tramp: Putin Rusiyanın aerodromlarına edilən hücumlara cavab verəcək
ABŞ Prezidenti Donald Trampla Rusiya lideri Vladimir Putin arasında telefon danışığı baş tutub.
“Report” xəbər verir ki, bu barədə Tramp “Truth” sosial şəbəkəsində bildirib.
Qeyd olunub ki, liderlər Ukraynanın Rusiya aerodromlarına hücumu barədə danışıblar:
“Söhbət yaxşı keçib. Amma dərhal sülhə gətirib çıxarmayacaq. Prezident Putin çox qətiyyətlə dedi ki, o, aerodromlara edilən son hücumlara cavab verməli olacaq”.
İranın nüvə məsələsi də Trampla Putin arasında müzakirə mövzusu olub: “Biz İranın nüvə silahı ilə bağlı qərar verməsi üçün vaxtın daraldığını və bu qərarın tez bir zamanda qəbul edilməsini müzakirə etdik. Prezident Putinə dedim ki, İran nüvə silahına malik ola bilməz və inanıram ki, biz bununla razılaşırıq”, - Ağ Evin rəhbəri vurğulayıb.
Sözügedən telefon danışığı 1,15 saat davam edib.
Oxşar xəbərlər
ABŞ və Rusiya prezidentləri arasında telefon danışığı olub
Donald Tramp və Vladimir Putin arasında telefon danışığı baş tutub
Trampla Putin arasında telefon danışığı olub
Putin və Tramp bu axşam telefon danışığı aparacaqlar
Tramp və Putin arasında telefon danışığı davam edir - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













