Polşada prezident seçkilərində lider dəyişib - YENİLƏNİB
Aparıcı müxalifət partiyası “Hüquq və Ədalət” (PiS) tərəfindən dəstəklənən Milli Yaddaş institutunun direktoru Karol Navrotski Polşada prezident seçkilərinin ikinci turunda qalib gəlir.
“Sizinxeber.az”un xəbərinə görə, bu barədə Polşanın PAP xəbər agentliyi, Polsat media şirkəti, həmçinin TVN və TVP telekanallarının dərc etdiyi IPSOS İnstitutunun yenilənmiş exit-poll məlumatlarında göstərilib.
Yenilənmiş exit-poll məlumatlarına görə, 42 yaşlı Karol Navrotski 51% səs toplayır.
Onun 53 yaşlı rəqibi, hakim Vətəndaş Koalisiyasının namizədi, Varşava meri Rafal Tşaskovski seçicilərin 49%-nin dəstəyini qazanıb. Seçki məntəqələri bağlandıqdan sonra ilk dəqiqələrdə “exit-poll”lar Tşaskovskinin (50,3%) Navrotski (49,7%) üzərində üstünlüyündən danışıb.
Polşada keçirilən prezident seçkilərinin ikinci turunda hakim Vətəndaş Koalisiyasının namizədi, Varşava meri Rafal Tşaskovski qalib gəlir.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə seçki məntəqələri bağlandıqdan sonra “TVP İnfo”nun yaydığı “exit-poll”un nəticələrində göstərilib.
Hesablamalarına görə, Tşaskovski 50,3% səs toplayıb. Onun rəqibi, “Hüquq və Ədalət” partiyasının namizədi, Milli Yaddaş İnstitutunun rəhbəri Karol Navrotski 49,7% səs toplayıb.
Qeyd edək ki, Polşada keçirilən prezident seçkilərində səsvermə yekunlaşıb. Səsvemrə hüququna malik olan 29 milyonadək polşalı 13 namizəd arasından seçim edib.
Oxşar xəbərlər
Exit-poll: Varşava meri prezident seçkilərində qalib gəlir [xfgiven_updateblue][/xfgiven_updateblue]
“Exit-poll”: Rumıniyada prezident seçkilərinin ikinci turunda Nikuşor Dan qalib gəlib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Polşada prezident seçkiləri başlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Exit-poll: Lukaşenko 87,6% səslə seçkilərdə qalib gəlib [xfgiven_updateblue][/xfgiven_updateblue]
“Exit-poll”: Polşada prezident seçkilərində rekord fəallıq qeydə alınıb - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi











