“Exit-poll”: Polşada prezident seçkilərində rekord fəallıq qeydə alınıb - YENİLƏNİB
Mayın 18-də Polşada keçirilən prezident seçkilərində seçici fəallığı rekord göstərici - 66,8% təşkil edib.
“Report” xəbər verir ki, bunu “TVP İnfo” telekanalının “exit-poll” məlumatları əks etdirir.
Əvvəlki rekord 2020-ci ildə qeydə alınıb, o zaman Polşa prezident seçkilərində seçici siyahılarında olan seçicilərin 64,51 %-i, 2015-ci ildə 48,96 %-i, 2010-cu ildə isə 54,94 %-i səs verib.
Polşanın Dövlət Seçki Komissiyası səsvermənin yekun rəsmi nəticələrini ya mayın 19-da, ya da mayın 20-də təqdim etməyi planlaşdırır.
Polşada yerli vaxtla saat 17:00-a (Bakı vaxtı ilə saat 19:00 - red.) olan məlumata görə, səsvermə hüququ olan seçicilərin 50 %-dən çoxu prezident seçkilərində səs verib.
"Report"un "TVP İnfo" telekanalının saytına istinadən verdiyi məlumata görə, bunu respublikanın Dövlət Seçki Komissiyasının sədri Silvester Marçinyak deyib.
“Bildirirəm ki, Polşa Respublikası prezidenti seçkilərində bu il mayın 18-də saat 17:00-a səsvermə hüququ olan 14 milyon 405 min 533 nəfərə seçki bülletenləri verilib ki, bu da seçicilərin ümumi sayının 50,69 faizini təşkil edir”, - o, mətbuat konfransında deyib.
Məmurun sözlərinə görə, bu, 2020-ci ildə keçirilən son prezident seçkilərində səsvermənin bitməsinə 4 saat qalmış seçicilərin 47,89 %-nin səs verdiyindən daha yüksəkdir.
Qeyd olunur ki, ən yüksək seçici fəallığı Varşavada və paytaxtın Mazovetski voyevodluğunda qeydə alınıb. Marçinyak vurğulayıb ki, indiki seçkilər zamanı insidentlərin həcmi 2020-ci ilin rəqəmləri ilə müqayisə oluna bilər və qanun pozuntularında ciddi artım müşahidə olunmayıb.
Polşada dövlət başçısı postuna 13 namizəd mübarizə aparır. Sorğulara görə, onların heç biri birinci turda (50%+1) qalib gəlmək üçün seçicilərin mütləq əksəriyyətinin dəstəyini ala bilməyəcək.
Oxşar xəbərlər
Polşada prezident seçkilərində seçici fəallığı 50 %-i ötüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Exit-poll: Lukaşenko 87,6% səslə seçkilərdə qalib gəlib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Rusiya prezident seçkilərində seçici fəallığı 36,09 % təşkil edib - YENİLƏNİR [xfgiven_updateblue][/xfgiven_updateblue]
Polşada prezident seçkilərinin birinci turu keçiriləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Rusiyada prezident seçkilərində seçici fəallığı 55 faizi ötüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ?
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












