sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Exit-poll: Varşava meri prezident seçkilərində qalib gəlir
Polşada keçirilən prezident seçkilərinin ikinci turunda hakim Vətəndaş Koalisiyasının namizədi, Varşava meri Rafal Tşaskovski qalib gəlir.
“Report” xəbər verir ki, bu barədə seçki məntəqələri bağlandıqdan sonra “TVP İnfo”nun yaydığı “exit-poll”un nəticələrində göstərilib.
Hesablamalarına görə, Tşaskovski 50,3% səs toplayıb. Onun rəqibi, “Hüquq və Ədalət” partiyasının namizədi, Milli Yaddaş İnstitutunun rəhbəri Karol Navroçki 49,7% səs toplayıb.
Qeyd edək ki, Polşada keçirilən prezident seçkilərində səsvermə yekunlaşıb. Səsvemrə hüququna malik olan 29 milyonadək polşalı 13 namizəd arasından seçim edib.
Oxşar xəbərlər
“Exit-poll”: Rumıniyada prezident seçkilərinin ikinci turunda Nikuşor Dan qalib gəlib
Exit-poll: Lukaşenko 87,6% səslə seçkilərdə qalib gəlib
“Exit-poll”: Polşada prezident seçkilərində rekord fəallıq qeydə alınıb - YENİLƏNİB
Polşada prezident seçkiləri başlayıb
Polşada prezident seçkilərinin birinci turu keçiriləcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













