BMT: Rusiya-Ukrayna müharibəsi beynəlxalq hüquq çərçivəsində dayandırılmalıdır
Rusiya-Ukrayna müharibəsinin dayandırılmasını, BMT Təhlükəsizlik Şurasının bütün müvafiq qətnamələrinə, beynəlxalq hüquqa uyğun olaraq sona çatmasını görmək istəyirik.
“Sizinxeber.az”un ABŞ bürosu xəbər verir ki, bunu BMT Baş katibinin sözçüsü Stefan Düjarrik ABŞ Prezidenti Donald Trampın Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığından sonra Ukraynda qeydə alınan dron hücumlarına münasibət bildirərkən deyib.
Sözçü əlavə edib ki, qarşılıqlı barışıq əldə olunmalı və mülki şəxslər hədəf seçilməməlidir.
Qeyd edək ki, Tramp və Putin arasında aparılan danışıqlara baxmayaraq, tərəflər arasında sülhə dair konkret razılaşma əldə olunmayıb və qarşılıqlı hücumlar davam edir.
Ukrayna Hərbi Hava Qüvvələrinin məlumatına görə, Rusiya 145 dron, 2 ballistik raket və 4 zenit raketi ilə Sumı, Odessa, Poltava, Dnepropetrovsk, Kiyev və Çerniqov bölgələrini hədəfə alıb.
Digər tərəfdən, Rusiya Müdafiə Nazirliyi Ukraynanın gecə ərzində 57 dronla hücum etdiyini və bunlardan 35-nin Kursk sərhəd bölgəsində vurulduğunu açıqlayıb. Krasnodar bölgəsində isə Ukrayna dronunun neft anbarında yanğına səbəb olduğu bildirilib.
Oxşar xəbərlər
Dujarrik: Rusiya-Ukrayna münaqişəsinin həllində hər iki tərəf iştirak etməlidir
BMT Putin-Tramp danışıqlarını faydalı adlandırıb
Tramp: Rusiya və Ukrayna ən qısa müddətdə atəşkəslə bağlı danışıqlara başlayacaq
Tramp: Vatikan Rusiya-Ukrayna danışıqlarına ev sahibliyi etməkdə maraqlıdır
Tramp: ABŞ Rusiya-Ukrayna müharibəsinin tezliklə başa çatmasını istəyir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













