Dujarrik: Rusiya-Ukrayna münaqişəsinin həllində hər iki tərəf iştirak etməlidir
sizinxeber.az xəbər saytı

Dujarrik: Rusiya-Ukrayna münaqişəsinin həllində hər iki tərəf iştirak etməlidir


Rusiya-Ukrayna münaqişəsinin istənilən şəkildə həllində həm Ukrayna, həm də Rusiya Federasiyası iştirak etməlidir. Bu proses beynəlxalq hüquq prinsiplərinə, BMT-nin müvafiq qətnamələrinə və Ukraynanın ərazi bütövlüyünə hörmətlə bağlı mövqeyimizə uyğun olmalıdır.

“Sizinxeber.az”un ABŞ bürosu xəbər verir ki, bunları BMT Baş katibinin sözçüsü Stefan Dujarrik ABŞ və Rusiya arasında Ukrayna münaqişəsinin həlli ilə bağlı son günlərdə aparılan müzakirələrdə rəsmi Kiyevin iştirak etməməsi ilə bağlı narazılıqlara cavab olaraq bildirib.

O vurğulayıb ki, BMT Baş katibinin mövqeyinə uyğun olaraq təşkilat münaqişənin sona çatmasına kömək üçün əlindən gələni etməyə davam edəcək:

“Biz Rusiya Federasiyası ilə ABŞ arasında aparılan müzakirələri yaxından izləyirik. Bütün üzv dövlətlər arasında müsbət dialoqu dəstəkləyirik. Lakin hamıya aydındır ki, Rusiya Federasiyası və Birləşmiş Ştatlar Təhlükəsizlik Şurasının iki daimi üzvü kimi mühüm rol oynayır”.

Qeyd edək ki, ABŞ və Rusiyanın yüksək səviyyəli diplomatları çərşənbə axşamı Səudiyyə Ərəbistanında iki ölkə arasındakı münasibətləri və Rusiyanın Ukraynada apardığı müharibəyə son qoyulması perspektivlərini müzakirə etmək üçün görüşlərə başlayıb.

Oxşar xəbərlər

BMT Ukrayna münaqişəsi ilə bağlı ABŞ-Rusiya danışıqlarını yaxından izləyir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Tramp: Rusiya-Ukrayna münaqişəsinin həlli üzrə əhəmiyyətli irəliləyiş əldə etdik [xfgiven_updateblue][/xfgiven_updateblue]
İlham Əliyev: Lazım gələrsə, Azərbaycan Rusiya ilə Ukrayna arasında münaqişənin həllində iştirak etməyə hazırdır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Podolyak: Ukrayna Rusiya ilə danışıqlara hazırdır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Türkiyə XİN Ukrayna münaqişəsinin həlli üçün zəruri şərtini açıqlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər