Finlandiya ilk dəfə “Hellfire” raketinin buraxılışını sınaqdan keçirib
Finlandiya, Böyük Britaniya və İsveçin keçirdiyi birgə təlimlər zamanı ilk dəfə “AGM-114 Hellfire” “hava-yer” tipli idarəolunan raketlərin buraxılışı həyata keçirilib.
“Report” xəbər verir ki, bu barədə Finlandiya Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, mayın 12-də Laplandiyada Rovayarvi poliqonunda “Northern Strike 125” və “Northern Star 25” təlimləri başlayıb.
Finlandiya Müdafiə Qüvvələri “X” sosial şəbəkəsində raketin helikopterə quraşdırıldığını və simulyasiya edilmiş yer hədəfi kimi tanka atıldığını göstərən video yayımlayıb.
Qeyd olunur ki, “Northern Strike” təlimlərində üç ölkənin 6,5 minə yaxın hərbçisi iştirak edir. Finlandiya Quru Qüvvələrinin məlumatına görə, təlimlərə raketlərdən əlavə, Britaniyanın “AH-64E Apache” hücum helikopterləri, Finlandiyanın “F/A-18 Hornet” qırıcıları və hər üç ölkənin Hərbi Hava Qüvvələrinin helikopterləri cəlb olunub.
Oxşar xəbərlər
KİV: Finlandiya NATO-nun nüvə çəkindirməsi təlimlərində iştirak edə bilər
Finlandiya MN Ukraynaya əlavə 277 milyon avro ayırmağı nəzərdən keçirir
Finlandiya ordusu Rusiya sərhədinə yaxın təlimlərlə başlayıb
Finlandiya Ukraynaya 198 milyon avroluq hərbi yardım göstərəcək
Finlandiya ilk dəfə NATO-ya üzvlük üçün vəsait ayıracaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













