Tokayev: Qazaxıstan TDT çərçivəsində konstruktiv dialoqa sadiqdir
Qazaxıstan Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində bütün istiqamətlər üzrə konstruktiv dialoqa sadiqdir.
“Sizinxeber.az”un Qazaxıstan bürosu xəbər verir ki, bunu Mərkəzi Asiya ölkəsinin Prezidenti Kasım-Jomart Tokayev Budapeştdə Macarıstanın Baş naziri Viktor Orbanla danışıqlar zamanı deyib.
Akordanın məlumatına görə, Tokayev görüşdə Budapeştdə keçiriləcək TDT-nin qeyri-rəsmi sammitinin önəmini xüsusilə vurğulayıb, həmçinin Qazaxıstanın təşkilat çərçivəsində bütün prioritet fəaliyyət istiqamətləri üzrə konstruktiv dialoqa sadiqliyini təsdiqləyib.
Orban isə Budapeşt və Astana arasında münasibətlərin davamlı və müsbət dinamikasını qeyd edib. O, son illərdə ikitərəfli əməkdaşlığın xüsusilə iqtisadi sahədə çox dinamik inkişaf etdiyini vurğulayıb və TDT sammitinin təşkili və keçirilməsində hərtərəfli dəstəyə görə minnətdarlığını bildirib.
İki ölkənin liderləri görüşdə ötənilki yüksək səviyyəli danışıqların nəticələri üzrə əldə edilmiş razılaşmaların, o cümlədən energetika, ticarət və investisiya sahələrində birgə layihələrin həyata keçirilməsinin gedişini nəzərdən keçiriblər. Bundan başqa, beynəlxalq gündəmin aktual məsələləri üzrə fikir mübadiləsi aparılıb.
Oxşar xəbərlər
Tokayev: Qazaxıstan və Rusiya əməkdaşlığında müsbət dinamika var
Tokayev Macarıstanda səfərdədir
Tokayev: Orta Dəhliz Türk dünyasının iqtisadi rifahına töhfə verməyə davam edəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
DÇ-2026: Argentina - Avstriya matçında ikinci hissə başlayıb - YENİLƏNİR-4
-
Litva 3 milyon avro dəyərində ovçu PUA-ların hazırlanması üçün tender elan edib
-
Kanadada sinaqoqun qarşısında atışma olub, ölənlər var
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
DÇ-2026: Argentina Avstriyaya qarşı ilk hissəni Messinin qolu ilə öndə tamamlayıb - YENİLƏNİR-3

