

Tokayev: Orta Dəhliz Türk dünyasının iqtisadi rifahına töhfə verməyə davam edəcək
Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi (Orta Dəhliz) layihəsi Türk dünyasının inkişafına və iqtisadi rifahına töhfə verməyə davam edəcək.
“Report”un Bişkekə ezam olunmuş müxbiri xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Türk Dövlətləri Təşkilatı (TDT) Dövlət Başçılarının 11-ci Zirvə görüşündə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Orta Dəhliz bu gün həm də TDT çərçivəsində fəal şəkildə inkişaf edir. Bu, türk ölkələrinin rifahının yüksəlməsinə müsbət təsir göstərir.
K.J.Tokayev vurğulayıb ki, TDT sammitləri ölkələr arasında əməkdaşlığın möhkəmlənməsinə də töhfə verir və bugünkü görüş də dostluq və mehriban qonşuluq şəraitində keçir.
"Əminəm ki, sammitin yekunları üzrə əldə edəcəyimiz razılaşmalar da əməkdaşlığın genişlənməsinə töhfə verəcək", - o bildirib.
Qazaxıstan Prezidenti, həmçinin Qırğızıstanı TDT-yə sədrliyi münasibətilə təbrik edib. "TDT-də sədrliyi Qırğızıstana təhvil verməyə məmnuniyyətlə hazırıq", - o əlavə edib.
Oxşar xəbərlər
Kasım-Jomart Tokayev: “Qazaxıstan Azərbaycanın SPECA-nın inkişafına töhfəsini alqışlayır”
Tokayev: Orta Dəhliz Avropaya ən qısa və ən etibarlı marşrutdur
Tokayev: Məqsədimiz Türk Dövlətləri arasında birliyi gələcək nəsillərə ötürməkdir
Türk dövlətləri təhlükəsizlik sahəsində əməkdaşlığı möhkəmləndirməlidir - Qazaxıstan Prezidenti
Kasım-Jomart Tokayev Azərbaycan Prezidentini təbrik edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Laçın Beynəlxalq Hava Limanının açılış mərasimi keçirilir
-
Ərdoğan: Türkiyə Pakistan və Hindistan arasında atəşkəsi alqışlayır
-
150 çarpayılıq xəstəxananın yaxın gələcəkdə Laçında tikintisi planlaşdırılır
-
Türkiyə Prezidenti Azərbaycana səfərə yola düşüb
-
Prezident: Azərbaycan dövləti və xalqı bu işğalla heç vaxt barışmayıb, biz güc toplayırdıq
-
Ərdoğan: İlham Əliyevin sülhün də memarı olaraq adını tarixə yazdıracağına inanırıq
