Romada “Milli kimlik, Müqavimət və Suverenlik: Korsika üçün Perspektivlər” adlı tematik konfrans keçiriləcək
sizinxeber.az xəbər saytı

Romada “Milli kimlik, Müqavimət və Suverenlik: Korsika üçün Perspektivlər” adlı tematik konfrans keçiriləcək


Mayın 13-də İtaliyanın paytaxtı Roma şəhərində Bakı Təşəbbüs Qrupu və Fransa müstəmləkəçiliyindən əziyyət çəkən və Korsikanın müstəqilliyi uğrunda mübarizə aparan “Nazione” Hərəkatının birgə təşkilatçılığı ilə “Milli kimlik, Müqavimət və Suverenlik: Korsika üçün Perspektivlər” adlı tematik konfrans keçiriləcək.

“Sizinxeber.az” xəbər verir ki, tədbirdə “Nazione” hərəkatının rəhbər heyəti və üzvləri, həmçinin İtaliyada fəaliyyət göstərən beyin mərkəzlərinin nümayəndələri, dekolonizasiya hüququ üzrə ekspertlər, eləcə də Azərbaycan Milli Məclisində fəaliyyət göstərən Korsika Xalqına Dəstək Qrupunun üzvü iştirak edəcək.

Konfrans çərçivəsində Fransanın müstəmləkə siyasətindən əziyyət çəkən Korsika xalqının qarşılaşdığı əsas problemlər, habelə siyasi, hüquqi, iqtisadi, sosial, mədəni və digər məsələlər müzakirə ediləcək.

Bu xüsusda tədbirdə milli kimliyin və Korsika dilinin rəsmi statusunun tanınması, mədəni irsin qorunması, Korsika xalqının öz müqəddəratını təyin etmək hüququnun təmin olunması, BMT və digər beynəlxalq təşkilatların müvafiq mexanizmlərini rəhbər tutaraq, müstəqillik perspektivləri təhlil olunacaq.

Tədbirin yekununda mətbuat konfransının keçirilməsi nəzərdə tutulur.

Oxşar xəbərlər

Romada BTQ-nin təşəbbüsü ilə Korsikaya həsr olunmuş konfrans keçiriləcək
Romada “Milli kimlik, Müqavimət və Suverenlik: Korsika üçün Perspektivlər” adlı konfrans keçiriləcək
Sabah Bakıda Fransanın müstəmləkəçilik siyasəti ilə bağlı beynəlxalq konfrans keçiriləcək
Fransua Benedetti: Korsika Fransanın siyasəti üzündən keçmişindən və indisindən məhrum edilib
BMT-də BTQ-nin təşkilatçılığı ilə dekolonizasiyaya həsr olunmuş beynəlxalq konfrans keçiriləcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər