Romada BTQ-nin təşəbbüsü ilə Korsikaya həsr olunmuş konfrans keçiriləcək
Romada “Milli kimlik, müqavimət və suverenlik: Korsika üçün perspektivlər” adlı tematik konfrans keçiriləcək.
"Report" xəbər verir ki, tədbir mayın 13-də Bakı Təşəbbüs Qrupu və Fransa müstəmləkəçiliyindən əziyyət çəkən, Korsikanın müstəqilliyi uğurunda mübarizə aparan “Nazione” Hərəkatının birgə təşkilatçılığı ilə baş tutacaq.
Konfransda “Nazione” Hərəkatının rəhbər heyəti və üzvləri, həmçinin İtaliyada fəaliyyət göstərən beyin mərkəzlərinin nümayəndələri, dekolonizasiya hüququ üzrə ekspertlər, eləcə də Milli Məclisdə fəaliyyət göstərən Korsika Xalqına Dəstək Qrupunun üzvü iştirak edəcəklər.
Tədbir çərçivəsində Fransa müstəmləkə siyasətindən əziyyət çəkən Korsika xalqının qarşılaşdığı əsas problemlər, habelə siyasi, hüquqi, iqtisadi, sosial, mədəni və digər məsələlər müzakirə ediləcək.
Bu xüsusda, konfransda milli kimliyin və Korsika dilinin rəsmi statusunun tanınması, mədəni irsin qorunması, Korsika xalqının öz müqəddəratını təyin etmək hüququnun təmin edilməsi, BMT və digər beynəlxalq təşkilatların müvafiq mexanizmlərini rəhbər tutaraq müstəqillik perspektivləri təhlil olunacaq.
Tədbirin yekununda mətbuat konfransının keçirilməsi nəzərdə tutulur.
Oxşar xəbərlər
Fransua Benedetti: Korsika Fransanın siyasəti üzündən keçmişindən və indisindən məhrum edilib
BMT-də BTQ-nin təşkilatçılığı ilə dekolonizasiyaya həsr olunmuş beynəlxalq konfrans keçiriləcək
Bakıda "Kolonializm: Dini-Milli Kimliyin Silinməsi" adlı beynəlxalq konfrans keçirilir
BTQ Cenevrədə Fransanın müstəmləkəçilik siyasətinin ifşasına həsr olunan konfrans keçirəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
DÇ-2026: Argentina - Avstriya matçında ikinci hissə başlayıb - YENİLƏNİR-4
-
Litva 3 milyon avro dəyərində ovçu PUA-ların hazırlanması üçün tender elan edib
-
Kanadada sinaqoqun qarşısında atışma olub, ölənlər var
-
ÜST Ebola virusu riski altında olan ölkələri açıqlayıb
-
DÇ-2026: Argentina Avstriyaya qarşı ilk hissəni Messinin qolu ilə öndə tamamlayıb - YENİLƏNİR-3
