Tramp Britaniya ilə ticarət razılaşması əldə edildiyini açıqlayıb
ABŞ Prezidenti Donald Tramp Böyük Britaniya ilə ticarət razılaşması əldə etdiyini açıqlayıb.
“Report” xəbər verir ki, o, bu barədə “Truth Social” sosial şəbəkəsində yazıb.
“Güclü müttəfiqimiz Böyük Britaniya ilə tarixi ticarət razılaşması əldə etdik”, - o bildirib və vurğulayıb ki, bu, aprel ayında çoxsaylı ticarət tərəfdaşlarına əlavə rüsumlar tətbiq etdikdən sonra ABŞ tərəfindən ilk belə razılaşmadır.
Eyni zamanda ABŞ Prezidenti qeyd edib ki, sövdələşmə Britaniya mallarına tətbiq edilən rüsumların tamamilə aradan qaldırılmasını nəzərdə tutmur.
“Bu sövdələşmə çərçivəsində ABŞ 10 %-lik rüsumlardan 6 milyard dollar gəlir əldə edəcək. Bundan əlavə, biz kənd təsərrüfatı istehsalçılarımız və digər malların istehsalçıları üçün yeni ticarət imkanları əldə edəcəyik. Bu, bizə 5 milyard dollar qazandıracaq”, - o izah edib.
Trampın sözlərinə görə, tərəflər alüminium və polad ticarəti üçün zona yaratmaq, həmçinin əczaçılıq məhsullarının tədarükü üçün təhlükəsiz sistem yaratmaq barədə razılığa gəliblər.
Oxşar xəbərlər
Tramp: Gömrük rüsumları ABŞ-yə gündəlik 2 milyard dollar qazandırır
KİV: Tramp mayın 8-də Britaniya ilə ticarət sazişini elan edə bilər
Tramp: Britaniya ilə ticarət sazişi iki ölkə arasında münasibətləri gücləndirəcək
Britaniya Trampın qərarına soyuqqanlı yanaşıb
Ağ Ev: ABŞ Aİ ilə ticarət danışıqlarında irəliləyiş əldə edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
Tramp Qətərin ona bağışladığı nəhəng təyyarəni göstərdi - Video
