1930-cu illərdə Cənubi Afrikanın "East London" Muzeyinin kuratoru Marcori Kurteney-Latimer (Marjorie Courtenay-Latimer) yerli balıqçılardan torlarına qeyri-adi bir dəniz canlısı düşərsə, ona xəbər vermələrini xahiş etmişdi. 1938-ci il dekabrın 22-də "Nerine" balıqçı gəmisinin kapitanından gələn zəng eləm dünyasını sarsıdacaq əsrin kəşfinə vəsilə oldu.

Courtenay-Latimer'ın sergilenen doldurulmuş coelacanth balığı.

Muzey kuratoru gəmiyə yaxınlaşarkən çürüməkdə olan balıqların arasında tamamilə fərqli bir məxluq gördü. Təxminən 1,5 metr uzunluğunda olan bu balıq gümüşü-mavi parıltıya, iri pulcuqlara, dörd ətrafabənzər üzgəcə və qeyri-adi quyruq quruluşuna malik idi. Balığın xarab olmasının qarşısını almaq üçün yerli morqlara müraciət edilsə də, rədd cavabı alındı. Kurteney-Latimer çürümənin qarşısını almaq üçün balığın içini doldurtdurdu (taksidermiya etdirdi) və çəkdiyi eskizləri məşhur iktioloq Ceyms Leonard Brierli Smitə göndərdi.

1939-cu ilin fevralında muzeyə gələn professor Smit balığı gördükdə böyük şok yaşadı. Aparılan dəqiq analizlər təsdiq etdi ki, bu canlı dinozavrların yox olması ilə birlikdə, təxminən 66 milyon il əvvəl nəsli kəsildiyi hesab edilən "Sölakant" (Coelacanth) balığıdır.

Elm aləmində "canlı fosil" adlandırılan bu dəniz canlısına onu ilk kəşf edən kuratorun və tapıldığı çayın şərəfinə elmi olaraq Latimeria chalumnae adı verildi. Günümüzdə bu qədim balıq növünün iki fərqli növünün okeanlarda hələ də yaşadığı məlumdur. Bu tarixi kəşf muzey kolleksiyalarının və diqqətli tədqiqatçıların elmin inkişafında nə qədər mühüm rol oynadığını bir daha sübut edir.

Mənbə: IFLScience

(https://www.iflscience.com/in-1938-this-incredible-woman-discovered-a-species-thought-to-be-extinct-for-66-million-years-84348)

Tərcümə etdi: Baş Redaktor İzzət Qurbanov