Alimlər Yer kürəsində həyatın ən qədim izlərindən birini birbaşa tarixləndirməyi bacarıblar. Hindistan Geoloji Xidmətinin geoloqu Trisrota Chaudhurinin rəhbərlik etdiyi tədqiqat qrupu, Hindistanın qədim "Singhbhum Craton" bölgəsindəki süxurlarda 3,5 milyard il əvvələ aid mikrobların qalıqlarını aşkar edib.
Əvvəllər bu cür qədim həyat izlərinin yaşı yalnız ətrafındakı süxur təbəqələrinə əsasən təxmin edilirdisə, bu dəfə alimlər mikrob qalıqlarının daxilində yerləşən vulkanik tsirkon kristalları vasitəsilə dəqiq yaşı – 3,497 milyard il – müəyyən ediblər.
Raman spektroskopiyası və izotop analizləri təsdiq edir ki, bu karbon təbəqəsi vulkanik aktivlik və yüksək dəmir-silisium konsentrasiyasına malik sərt mühitdə yaşamış mikrob kaloniyalarının (mikrob xalçalarının) qalıqlarıdır. Tədqiqat göstərir ki, həyat Yerin ilk dinamik və vulkanik dövrlərində belə ekstremal şəraitə uyğunlaşaraq mövcud ola bilib.
Tədqiqatın nəticələri ABŞ Milli Elmlər Akademiyasının materiallarında (PNAS) dərc olunub.
Mənbə: ScienceAlert
Tərcümə etdi: Baş Redaktor İzzət Qurbanov