"Vaşinqtonla Tehran arasında razılaşmanın əldə olunmasını çətinləşdirən əsas amillərdən biri İran rəhbərliyinin mühüm bir hissəsinin həyatını itirməsidir".

Oxu.Az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp WABC radiostansiyasına verdiyi müsahibəsində deyib.

"Məsələnin bir tərəfi bir çox İran rəsmilərinin ölməsi ilə bağlıdır. Müqavilə bağlamaq heç də asan deyil. Hazırda ölkəyə kimin rəhbərlik etdiyi bəlli deyil", - deyə ABŞ lideri bildirib.

Bununla yanaşı, o əlavə edib ki, Birləşmiş Ştatlar İranla qarşıdurmada öz hədəflərinə müvəffəqiyyətlə çatır və xüsusilə də Tehranın nüvə silahına sahib olmasına imkan vermir.