Dünyanın aparıcı kardiologiya təşkilatları (Amerika Ürək Assosiasiyası, Avropa Kardiologiya Cəmiyyəti və Dünya Ürək Federasiyası) ürək çatışmazlığının universal tərifini və təsnifatını yeniləyiblər. "Circulation" jurnalında dərc olunan yeni konsensusa əsasən, ürəyin qan vurma qabiliyyətini göstərən "qovma fraksiyası"nın (EF) normal olması xəstəliyi tam istisna etmir.

Mütəxəssislər bildirirlər ki, yalnız bir göstəriciyə əsaslanmaq diaqnostikanı məhdudlaşdırır. Yeni yanaşmada ürək çatışmazlığının 18 müxtəlif yaranma səbəbi (arteriya tutulmaları, yüksək təzyiq, infeksiyalar, genetik amillər, ekstremal stress və s.) əks olunub.

Alimlərin fikrincə, xəstəliyin dəqiq kök səbəbini erkən mərhələdə müəyyən etmək daha hədəfli müalicəyə və hətta fəsadların qarşısını almağa imkan verəcək.

Mənbə: ScienceAlert

(https://www.sciencealert.com/cardiologists-just-changed-the-universal-definition-of-heart-failure)

Tərcümə etdi: Baş Redaktor İzzət Qurbanov