Dövlət Mühafizə Xidmətinin polkovniki Seyran Tofiq oğlu Hüseynovun rütbəsi artırılıb.

Sizinxeber.Az "Unikal"a istinadən xəbər verir ki, Seyran Hüseynova general-mayor ali hərbi rütbəsi verilib.

S.Hüseynov 2024-cü ildə Prezident İlham Əliyevin Sərəncamı ilə "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilib.

Qeyd edək ki, 23 avqust Azərbaycan Respublikası Dövlət Mühafizə Xidməti əməkdaşlarının peşə bayramıdır.

Seyran Hüseynova general-mayor rütbəsi verildi - FOTO