2029-cu ilin aprelində təxminən 370 metr uzunluğunda olan "99942 Apofis" (Apophis) asteroidi Yerin cəmi 32,000 kilometrliyindən keçəcək. Alimlər dəfələrlə aparılan hesablamalardan sonra asteroidin Yere çırpılmayacağını dəqiqləşdirsələr də, "The Planetary Science Journal" jurnalında dərc olunan yeni tədqiqat başqa bir gözlənilməz riski ortaya qoyub.
İtaliya Milli Tədqiqat Şurasının tədqiqatçıları Culiya Skettino (Giulia Schettino) və Alessandro Rossi müəyyən ediblər ki, Apofis geostasionar orbitdən keçərkən insan istehsalı olan kosmik tullantılarla toqquşa bilər. Bu toqquşma asteroidin hərəkət trayektoriyasını Yere təhlükə törədəcək dərəcədə dəyişməsə də, onun səthində kiçik kraterlər və toz buludları yarada bilər.
Bu ehtimal alimləri ona görə narahat edir ki, ESA-nın RAMSES və NASA-nın OSIRIS-APEX missiyaları Yerin cazibə qüvvəsinin asteroidə təsirini (zəlzələlər, sürüşmələr və fırlanma dəyişikliyi) təmiz şəraitdə müşahidə etməyi planlaşdırır. Kosmik tullantı ilə hər hansı toqquşma baş verərsə, Yerin cazibə qüvvəsinin yaratdığı dəyişikliklərlə zərbənin nəticələrini bir-birindən ayırmaq çətinləşəcək.
Mənbə: ScienceAlert
Tərcümə etdi: Baş Redaktor İzzət Qurbanov