İsveçrə Alplarında 30 ildən çox əvvəl yoxa çıxmış iki alpinistin cəsədi tapılıb.
CBS News telekanalının polisə istinadən yaydığı məlumata görə, qalıqlar 26 iyulda İsveçrə ilə İtaliya sərhədinin yaxınlığındakı buzlaqda aşkar edilib.
Ekspertiza nəticəsində müəyyən olunub ki, cəsədlər 1992-ci ildə Vaysmis bölgəsində itkin düşmüş iki alpinistə aiddir.
Onların yoxa çıxdıqları zaman 39 və 41 yaşlarında olduqları bildirilib.
Polis qeyd edib ki, dağlardakı buzlaqların vaxtaşırı geri çəkilməsi onilliklər əvvəl itkin düşmüş insanların qalıqlarının üzə çıxmasına səbəb olur.