Ukraynaya məxsus F-16 qırıcı təyyarəsi qəzaya uğrayıb.

Axar.az xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.

Qeyd olunub ki, döyüş tapşırığını yerinə yetirərkən F-16 qırıcısında ştatdankənar vəziyyət yaranıb, bu səbəbdən pilot katapult etməyə məcbur olub. O, uğurla təxliyə edilib.

Təyyarənin düşdüyü yerdə ekspertlər və hüquq-mühafizə orqanlarının əməkdaşları işləyirlər.