ABŞ Senatına Tayvanla əlaqələri genişləndirmək barədə qanun layihəsi təqdim edilib
Senatorlar Con Kertis (Yuta ştatından respublikaçı - red) və Ceff Merkli (Oreqon ştatından demokrat - red.) ABŞ Konqresinin yuxarı palatasına Tayvanla əlaqələri dərinləşdirmək üçün qanun layihəsi təqdim ediblər.
"Sizinxeber.az"un xəbərinə görə, layihə Tayvandakı Amerika İnstitutunun (ABŞ-nin adadakı de-fakto faktiki səfirliyi) direktorunun Senatda təsdiqini nəzərdə tutur, həmçinin federal hökumətə Tayvan siyasəti ilə bağlı idarələrarası işçi qrupu yaratmağı tapşırır.
Bundan əlavə, mətndə bildirilir ki, ABŞ administrasiyası Tayvanın beynəlxalq təşkilatların işində iştirakını asanlaşdırmalı, həmçinin adaya tamhüquqlu üzv statusu verməyə çalışmalıdır.
Qanun layihəsində Vaşinqton və Taypey arasında ticarət-iqtisadi əlaqələrin gücləndirilməsinin, eləcə də təhlükəsizlik sahəsində əməkdaşlığın dərinləşdirilməsinin zəruriliyi vurğulanır.
Bundan əlavə, layihə Tayvan hərbçilərinin ikitərəfli və çoxtərəfli hərbi manevrlərə dəvət edilməsini, habelə ABŞ və Tayvan arasında kommersiya silahlarının tədarükü ilə bağlı müntəzəm məsləhətləşmələrin aparılmasını nəzərdə tutur.
Oxşar xəbərlər
Rusiya Ukrayna ilə sazişdən imtina edərsə, ABŞ ona sanksiyalar tətbiq edə bilər
Tayvan ABŞ-la adada Amerika silahlarının istehsalını müzakirə edəcək
Çin ABŞ-a Tayvanla bağlı xəbərdarlıq edib
Tayvan: Çinin 14 təyyarəsi və 6 gəmisi adaya yaxınlaşıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Alina Xələfova: "Miniboss Biznes Məktəbi"nin məzunları ailə bizneslərini idarə etməyə hazırdır
-
Zelenski Rusiyanın 10 rabitə operatoruna sanksiya tətbiq edib
-
Azərbaycan bankı BOKT-a çevrildi
-
Ərdoğan futbol üzrə Türkiyə yığmasına uğurlar arzulayıb
-
Azərbaycan ilə ABŞ arasında potensial investisiya layihələri dəyərləndirilib
-
Ceyhun Bayramov Ben Bləklə TRIPP layihəsinin icrasını müzakirə edib
