Pakistanın BMT-dəki nümayəndəsi: Hindistanla ciddi gərginlik riski var
sizinxeber.az xəbər saytı

Pakistanın BMT-dəki nümayəndəsi: Hindistanla ciddi gərginlik riski var


Hindistan və Pakistan arasında gərginliyin artması riski var.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Pakistanın BMT-dəki daimi nümayəndəsi Asim İftixar Əhməd bildirib.

"Vəziyyət çox gərgindir. Hindistan və Pakistan arasında ciddi eskalasiya riski var", - diplomat deyib.

Onun fikrincə, yaranan vəziyyətə görə Yeni Dehli məsuliyyət daşıyır. O, həmçinin vurğulayıb ki, beynəlxalq təşkilatlar heç kimin maraqlarına uyğun gəlməyən münaqişədən qaçmaq üçün səy göstərməlidirlər.

Xatırladaq ki, mayın 4-də Pakistan Hindistanla gərginliyin artması fonunda BMT Təhlükəsizlik Şurasının (TŞ) iclasının keçirilməsini xahiş etmişdi. İclasın tarixi hələlik məlum deyil.

Oxşar xəbərlər

Pakistan BMT Təhlükəsizlik Şurasının fövqəladə iclasını çağırıb
Pakistanın müdafiə naziri Hindistanla nüvə qarşıdurması riski barədə xəbərdarlıq edib
Pakistanın BMT-dəki daimi nümayəndəsi: Hindistan dövlət səviyyəsində terrorçuluqdan istifadə edir
KİV: Hindistan və Pakistan hərbçiləri arasında atışma olub
Rusiya XİN Hindistan və Pakistanı dialoqa çağırıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle