Pakistan BMT Təhlükəsizlik Şurasının fövqəladə iclasını çağırıb
sizinxeber.az xəbər saytı

Pakistan BMT Təhlükəsizlik Şurasının fövqəladə iclasını çağırıb


Pakistanın BMT-dəki daimi nümayəndəsi Hindistanla artan gərginlik, Cəmmu və Kəşmirdəki son hadisələr və regional təhlükəsizlik məsələləri ilə bağlı BMT Təhlükəsizlik Şurasında fövqəladə iclasın keçirilməsini tələb edib.

Bu barədə “Sizinxeber.az”un ABŞ bürosuna Pakistanın BMT-dəki missiyasının mətbuat müşaviri Amanat Əli məlumat verib.

A. Əli bildirib ki, regional mühitin pisləşməsi və Hindistanla Pakistan arasında gərginliyin artması, xüsusilə də Cəmmu və Kəşmirdəki vəziyyətin həm regional, həm də beynəlxalq sülh və təhlükəsizliyə ciddi təhdid yaratması səbəbi ilə Pakistan BMT Təhlükəsizlik Şurasının təcili qapalı məsləhətləşmələrinin keçirilməsini rəsmi şəkildə tələb edib.

Məlumata görə, Pakistanın BMT-dəki daimi nümayəndəsi səfir Asim İftixar Əhməd bazar ertəsi günortadan sonra keçiriləcək iclasdan sonra Təhlükəsizlik Şurasının nəzarət zonasında bəyanatla çıxış edəcək.

Qeyd edək ki, aprelin 22-də Hindistanın nəzarətində olan Cəmmu və Kəşmirin Pahalqam bölgəsində silahlı şəxslərin turistlərə atəş açması nəticəsində 26 nəfər ölmüş, çox sayda insan yaralanmışdı.

Oxşar xəbərlər

Pakistanın BMT-dəki daimi nümayəndəsi: Hindistan dövlət səviyyəsində terrorçuluqdan istifadə edir [xfgiven_updateblue][/xfgiven_updateblue]
KİV: Hindistan və Pakistan hərbçiləri arasında atışma olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
BMT TŞ Belqorod şəhəri ilə bağlı növbədənkənar iclas keçirəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
BMT TŞ Belqorod şəhəri ilə bağlı növbədənkənar iclas keçirəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Lavrov Pakistan XİN-ə Hindistanla nizamlamada yardım etməyə hazır olduğunu təsdiqləyib [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər