sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
İsraildə meşə yanğınları nəticəsində 17 yanğınsöndürən xəsarət alıb
İsraildə güclü meşə yanğınları səbəbindən 17 yanğınsöndürən xəsarət alıb.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə “Times of Israel” yanğınsöndürmə və xilasetmə xidmətinə istinadən məlumat yayıb.
Bildirilib ki, onlardan ikisi xəstəxanaya yerləşdirilib.
"Hazırkı mərhələdə biz hələ də yanğını nəzarət altına ala bilməmişik. 150-dən çox yanğınsöndürmə briqadası hələ də yanğınların söndürülməsi üzərində işləyir", - xidmətin bəyanatında qeyd edilib.
Xatırladaq ki, daha əvvəl İsrailin Aşkelon, Beer-Şeva, Modiin və s. şəhərlərində hava şəraiti və yanğınlar səbəbindən Müstəqillik Günü ilə bağlı tədbirlərin ləğv edildiyi bildirilmişdi.
Oxşar xəbərlər
İsraildə 12 nəfər yanğın nəticəsində xəsarət alıb
İsrailin bir çox şəhərində Müstəqillik Günü ilə bağlı tədbirlər ləğv edilir
İsraildə güclü meşə yanğınları başlayıb
Fransada meşə yanğınları zamanı 10-dan çox insan xəsarət alıb
İsrail meşə yanğınlarının söndürülməsində Azərbaycandan kömək istəyir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin












