Tramp: ABŞ-nin Ukraynada mineral hasilatı burada təhlükəsizliyi təmin edəcək
sizinxeber.az xəbər saytı

Tramp: ABŞ-nin Ukraynada mineral hasilatı burada təhlükəsizliyi təmin edəcək


ABŞ-nin mədən sənayesinin Ukrayna ərazisində olması bu ölkənin təhlükəsizliyini təmin edəcək.

"Sizinxeber.az" xarici KİV-ə istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə kabinetin iclasında çıxışı zamanı bildirib.

"Bildiyiniz kimi, biz nadir torpaq metalları axtarırıq və bunları təhlükəsiz yerdə hasil etməyə icazə verən müqavilə bağlamışıq. ABŞ-nin iştirakı bir çox aktorları ölkədən kənarda saxlayacaq, ərazidə qazma işləri apardıqda, onlar buna hörmət edəcəklər", - ABŞ-nin maliyyə naziri Skott Bessent deyib.

Bundan əvvəl Bessent bəyan edib ki, Vaşinqton Ukraynanın resursları ilə bağlı saziş imzalamağa hazırdır, lakin Kiyev ona yeni dəyişikliklər etməyə çalışır.

Xatırladaq ki, aprelin 17-də Ukrayna və ABŞ mineral ehtiyatlar üzrə gələcək saziş çərçivəsində tərəflərin investisiya fondu yaratmaq niyyətini əks etdirən memorandum imzalayıblar.

Oxşar xəbərlər

Tramp: Vaşinqton və Kiyev faydalı qazıntılar üzrə sazişi aprelin 24-də imzalayacaq
KİV: ABŞ maliyyə naziri Kiyevdə faydalı qazıntılar üzrə sazişi müzakirə edəcək
Vaşinqton-Kiyev memorandumu Ukraynanın bərpası üçün investisiya fondunun yaradılmasını nəzərdə tutur
Ukrayna və ABŞ bu gün nadir torpaq metalları ilə bağlı saziş imzalaya bilər
Tramp: Vaşinqton və Kiyev arasında faydalı qazıntılarla bağlı saziş aprelin 24-də imzalanacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər