Tramp: Vaşinqton və Kiyev faydalı qazıntılar üzrə sazişi aprelin 24-də imzalayacaq
Vaşinqton və Kiyev aprelin 24-də Ukrayna mineral ehtiyatları haqqında saziş imzalayacaq.
"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən deyib.
"İnanıram ki, gələn cümə axşamı saziş bağlanacaq. Əminəm ki, onlar (Ukrayna - red.) müqavilənin şərtlərini yerinə yetirmək niyyətindədirlər, bunu görəcəyik", - dövlət başçısı qeyd edib.
Xatırladaq ki, 2025-ci il fevralın 3-də Tramp ABŞ-nin Ukrayna ilə müqavilə bağlamağa hazırlaşdığını, Kiyevin hərbi yardım müqabilində Vaşinqtonu mineral ehtiyatlarla təmin edəcəyini açıqlamışdı. Zelenski bu sazişi imzalamaqdan imtina edib.
2025-ci il martın 23-də ABŞ Ukraynaya neft və qaz da daxil olmaqla, bu ölkənin bütün təbii sərvətlərinə aid olan yeni saziş layihəsini təhvil verib. Sənəd Ukrayna tərəfindən nəzərdən keçirilir.
Oxşar xəbərlər
Tramp: Vaşinqton və Kiyev arasında faydalı qazıntılarla bağlı saziş aprelin 24-də imzalanacaq
Tramp: Çox yaxında Ukrayna ilə faydalı qazıntılar üzrə saziş imzalayacağıq
KİV: Ukrayna və ABŞ nadir torpaq mineralları sazişi ilə bağlı onlayn görüş təşkil edib
Tramp: Əminəm ki, ABŞ 90 gün ərzində Aİ ilə ticarət sazişi bağlayacaq
Tramp əmindir ki, ABŞ 90 gün ərzində Aİ ilə ticarət sazişi bağlayacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əbu-Dabidə Prezident İlham Əliyevə "Zayed İnsan Qardaşlığı Mükafatı"ı təqdim olunub
-
Rəsmi zəmanət yox, mağaza və servis zəmanəti: Elektronika alıcıları risk altında
-
Arkadi Qukasyan 20 il müddətinə azadlıqdan məhrum edilib
-
Bako Saakyana hökm oxundu
-
Ukraynada müharibə bitir? - ABŞ prezidentindən gözlənilməz açıqlama
-
Xocalı soyqırımının iştirakçısı Madat Babayana hökm oxundu












