KİV: ABŞ maliyyə naziri Kiyevdə faydalı qazıntılar üzrə sazişi müzakirə edəcək
ABŞ-nin maliyyə naziri Skott Bessent ölkəsinin çox vacib faydalı qazıntılara çıxışını təmin etmək məqsədilə danışıqlara başlamaq üçün bu həftə Ukraynaya səfər etməyə hazırlaşır.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə mənbələrə istinadən “Bloomberg” agentliyi məlumat yayıb.
Agentlik bildirir ki, Bessent ABŞ Prezidenti Donald Tramp administrasiyasının Ukraynaya səfər edən ilk nümayəndəsi olacaq.
Xatırladaq ki, fevralın əvvəlində Tramp ABŞ-nin Ukraynadan nadir torpaq metalları almaqda maraqlı olduğunu bildirib. Zelenski isə cavabında vurğulayıb ki, Vaşinqtona təklif olunan böyük həcmdə minerallar və nadir torpaq metalları Kiyevin nəzarətində olmayan ərazilərdə yerləşir.
Daha sonra müsahibədə Zelenski sövdələşməyə hazır olduğunu bildirib və təhlükəsizlik zəmanəti müqabilində Trampa Ukraynanın mineral ehtiyatlarını və yeraltı qaz anbarlarını təklif edib.
Oxşar xəbərlər
Zelenski Ukraynanın resurslarını Trampa verməkdən imtina etsə də, tərəfdaşlıq təklif edib
Skott Bessent: ABŞ iqtisadi böhran və tarixin ən böyük vergi artımı ilə üzləşə bilər
Şolts: Ukraynaya sülhməramlı missiyanın göndərilməsinə dair müzakirə aparmaq hələ tezdir
ABŞ-nin maliyyə naziri Zelenski ilə görüşmək üçün Ukraynaya səfər edəcək
Britaniya Yaponiyaya nadir torpaq metalları tədarük edəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













