Vaşinqton-Kiyev memorandumu Ukraynanın bərpası üçün investisiya fondunun yaradılmasını nəzərdə tutur
sizinxeber.az xəbər saytı

Vaşinqton-Kiyev memorandumu Ukraynanın bərpası üçün investisiya fondunun yaradılmasını nəzərdə tutur


ABŞ və Ukrayna arasında imzalanmış iqtisadi əməkdaşlıq haqqında niyyət memorandumu çərçivəsində Ukraynanın bərpası üçün investisiya fondunun yaradılması nəzərdə tutulur.

“Report” Ukrayna KİV-ə istinadən xəbər verir ki, sənədin mətni Ukraynanın hökumət portalında dərc edilib.

"Ukraynanın Baş naziri Denis Şmıqal 21 aprel 2025-ci il həftəsində Vaşinqtona (Kolumbiya dairəsi) səfər edəcək. Məqsəd investisiya fondunun yaradılması haqqında sazişin şərtləri ilə bağlı texniki müzakirələri tamamlamaq üçün ABŞ maliyyə naziri Skott Bessentlə görüşməkdir", - sənəddə bildirilib.

Memorandum investisiyalar, infrastrukturun modernləşdirilməsi və iki ölkə arasında qarşılıqlı faydalı tərəfdaşlıq üçün imkanlar açacaq.

Memorandumda həmçinin qeyd olunub ki, ABŞ Ukraynanın Avropa İttifaqına daxil olmaq və ya beynəlxalq maliyyə qurumları və digər rəsmi kreditorlarla sazişlərlə bağlı götürdüyü öhdəliklərə hörmətlə yanaşır.

"Yəni saziş üzərində iş Ukraynanın Avropaya inteqrasiyası yolunda münaqişələrə səbəb ola bilməz", - məlumatda bildirilib.

Qeyd edək ki, memorandumu ABŞ maliyyə naziri Skott Bessent və Ukrayna Baş nazirinin birinci müavini - iqtisadiyyat naziri Yuliya Sviridenko imzalayıblar.

Oxşar xəbərlər

Ukrayna və ABŞ faydalı ehtiyatlar üzrə saziş üzrə niyyət memorandumu imzalayıblar
Dünya Bankı Ukraynaya 432 milyon dollar ayıracaq
Türk İnvestisiya Fondu və TCCİ Anlaşma Memorandumu imzalayıb
Baş nazir: Avropa İnvestisiya Bankı Ukraynaya 300 milyon avro təqdim edəcək
ABŞ Ukrayna ilə korrupsiyaya qarşı mübarizəni müzakirə edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər