Cənubi Koreya ABŞ-dən öz mallarını rüsumlardan azad etməyi istəyib
Seul Vaşinqtondan Cənubi Koreya malları üçün rüsum siyasətində istisnalar etməyi istəyib, əvəzində respublika enerji və gəmiqayırma sahəsində əməkdaşlıq təklif edir.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Cənubi Koreya Maliyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Vaşinqtonda aprelin 24-də Koreya Respublikası və ABŞ arasında məsləhətləşmələr keçirilib, burada maliyyə naziri Çxve San Mok, ticarət naziri An Dok Kın, ABŞ maliyyə naziri Skott Bessent və ABŞ ticarət nümayəndəsi Ceymison Qrir iştirak ediblər.
“Ticarət naziri An Dok Kın Amerika gəmiqayırmasının bərpasına, Koreya Respublikasının enerji təhlükəsizliyinin yaxşılaşdırılmasına yönəlmiş, həmçinin ikitərəfli ticarətə aid olan ikitərəfli iştirakla müxtəlif layihələr təklif edib. O həmçinin Koreya Respublikası üçün qarşılıqlı rüsumlar və sənaye rüsumları ilə bağlı istisnalar xahiş edib. Məsləhətləşmələr dostluq şəraitində keçib”.
Apreldə ABŞ Prezidenti Donald Tramp Cənubi Koreya malları üçün rüsumların 25 % təşkil edəcəyini elan etsə də, 90 gün müddətinə onları 10 %-ə endirib. Bundan başqa, ABŞ administrasiyası aprelin 3-dən bütün idxal edilən avtomobillərə 25 % gömrük rüsumu tətbiq edib.
Oxşar xəbərlər
Cənubi Koreya və ABŞ diplomatları Münxendə danışıqlar planlaşdırırlar
Cənubi Koreya və ABŞ tariflərlə bağlı danışıqlar üçün məşvərət orqanları yaradacaq
Blinken Koreya Respublikasının prezidenti səlahiyyətlərinin icraçısı ilə görüşüb
Cənubi Koreya ABŞ-yə tariflərlə cavab verməyəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Məhəmməd Salah Misir yığmasının yeni rekordçusu olub
-
Darren Beyzli: "Misirlə matçın ilk hissəsində yaxşı oynadıq"
-
Filippində məktəbdə atışma olub, üç nəfər ölüb, beş nəfər yaralanıb
-
Azərbaycan və Türkmənistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
-
Yasamal və Nizami rayonlarının bəzi ərazilərində işıq olmayacaq
-
DÇ-2026: Argentina - Avstriya matçında ikinci hissə başlayıb - YENİLƏNİR-4
