“Dəyişiklik üçün Boneyr Hərəkatı”nın nümayəndəsi: Fundamental hüquqlarımız uğrunda mübarizə aparacağıq
sizinxeber.az xəbər saytı

“Dəyişiklik üçün Boneyr Hərəkatı”nın nümayəndəsi: Fundamental hüquqlarımız uğrunda mübarizə aparacağıq


Biz, Boneyr xalqı, səssiz qalmayacağıq. Öz fundamental hüquqlarımız uğrunda mübarizə aparacağıq.

“Report”un ABŞ bürosu xəbər verir ki, bunu BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında BMT-nin Afrikaəsilli xalqların daimi forumunun IV sessiyası çərçivəsində Bakı Təşəbbüs Qrupunun təşəbbüsü və təşkilatçılığı ilə keçirilən “Dekolonizasiya: Səssiz İnqilab”(Decolonization: Silent Revolution)” adlı beynəlxalq konfransda çıxış edən “Dəyişiklik üçün Boneyr Hərəkatı” (Bonaire Movement for Change) təşkilatının qurucusu Ceyms Finies deyib.

O, Niderlandın müstəmləkəçilik siyasətinin nəticələrinin yerli əhali üçün fəlakətli olduğunu bildirib.

Təşkilat rəsmisi vurğulayıb ki, 2010-cu ildən sonra Boneyr yenidən tam müstəmləkə statusuna qaytarılıb və adada heç bir demokratik təmsilçilik mövcud deyil. Onun sözlərinə görə, Niderland qanunları yerli əhalinin razılığı olmadan tətbiq edilir və bu, həm sosial, həm də mədəni fəlakətə səbəb olub.

Nümayəndə qeyd edib ki, son 10 ildə adada yerli əhali azlığa çevrilib: “Əhali sayımız 80 %-dən 2 %-ə düşüb. Bu, səssiz və sistemli şəkildə həyata keçirilən etnik və mədəni təmizləmədir. Biz bir güllə belə atılmadan 50 % azalmışıq. Bu, səssiz məhvdir”.

O əlavə edib ki, 2010-cu ildən sonra adada miqrasiya qaydaları ləğv edilib və Avropa vətəndaşları sadəcə ünvan qeydiyyatı ilə burada məskunlaşaraq 90 gün sonra yerli seçkilərdə səsvermə hüququ əldə ediblər. Bu isə yerli əhalinin siyasi təsir imkanlarını tamamilə sıradan çıxarıb.

"Ən ciddi narahatlıq doğuran məsələ “ötürülmə” qanunudur ki, bununla 70 yaşdan sonra həkimlər yaşlılara tibbi yardımı rədd etmək hüququna malikdirlər. Bu qanunu mərhəmət deyil, qətl kimi görürük”, - Ceyms Finies söyləyib.

Oxşar xəbərlər

BMT-də BTQ-nin təşkilatçılığı ilə dekolonizasiyaya həsr olunmuş beynəlxalq konfrans keçiriləcək
Bu gün Bakıda neokolonializmə qarşı mübarizə ilə bağlı beynəlxalq konfrans keçiriləcək
Fransanın kolonizasiya siyasətindən əziyyət çəkən Qvineyada yerli əhali civə ilə zəhərlənir 
BTQ Cenevrədə Fransanın müstəmləkəçilik siyasətinin ifşasına həsr olunan konfrans keçirəcək
Bakı Təşəbbüs Qrupu BMT-nin mənzil-qərargahında beynəlxalq konfrans keçirir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər