Fransa 2026-cı ildə büdcə kəsiri səbəbindən 40 milyard avro qənaət etməli olacaq
Fransa hökuməti 2026-cı ildə büdcə kəsirini 4,6 % səviyyəsinə endirməyi planlaşdırır, lakin bunun üçün 40 milyard avro qənaət etmək lazım olacaq.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə Fransanın iqtisadiyyat, maliyyə, sənaye və rəqəmsal suverenlik naziri Erik Lombar BFMTV telekanalına müsahibəsində bildirib.
“Bizim 3 trilyon avrodan çox dövlət borcumuz var və hər il kreditorlara daha çox məbləğ ödəməli oluruq. Beləliklə, büdcə kontekstində artıq fövqəladə vəziyyətdəyik. Keçən il kreditorlara 50 milyard avrodan çox vermişik, bu il isə 70 milyard avrodan çox olacaq. Bu, müdafiə büdcəsindən xeyli çoxdur. Buna görə də borcu sabitləşdirməliyik, bunun üçün isə büdcə kəsirini azaltmaq lazımdır”, – o vurğulayıb.
Nazir təsdiq edib ki, 2025-ci ildə hökumət büdcədə nəzərdə tutulduğu kimi, kəsiri 5,4 % səviyyəsində saxlamağı planlaşdırır, 2026-cı ildə isə kəsirin 4,6 %-dək azaldılması nəzərdə tutulur.
“Bu, 40 milyard avro həcmində əlavə səylər tələb edəcək”, – deyə nazir açıqlayıb və əlavə edib ki, bunun əsasən dövlət xərclərinin azaldılması hesabına edilməsi planlaşdırılır.
Oxşar xəbərlər
Fransa 2026-cı ildəki büdcə kəsiri səbəbilə 40 milyard avro qənaət etməli olacaq
Rusiyanın 2025-ci il büdcə kəsiri 10 milyard dolları keçəcək
Almaniya 2025-ci ildə müdafiəyə 75 milyard avrodan çox vəsait ayıracaq
Fransa 2026-cı il büdcə kəsirindən 40 milyard avro qənaət edəcək
Almaniya 5 milyard avroluq büdcə kəsiri ilə üzləşib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













