KİV: Almaniyada koalisiya hökumətinin yaradılması barədə razılıq əldə olunub
Xristian Demokratik İttifaqı və Xristian Sosial İttifaqı (XDİ/XSİ) konservativ bloku ilə Almaniya Sosial Demokrat Partiyası (ASDP) Bundestaqda növbədənkənar seçkilərdən sonra Almaniyada koalisiya hökumətinin formalaşdırılması barədə razılığa gəliblər.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə NTV danışıqlar dairələrindəki mənbələrə istinadən məlumat yayıb.
Telekanalın məlumatına görə, danışıqların iştirakçıları gələcək koalisiya razılaşmasının fikir ayrılığına səbəb olan bəndləri üzrə prinsipial razılığa gələ biliblər. “İndi yalnız təfərrüatlar qalıb”, – telekanalın mənbələri qeyd edib.
Bildirilib ki, üç partiya danışıqların nəticələri barədə çərşənbə günü Bakı vaxtı ilə saat 14:00-da ictimaiyyəti məlumatlandırmaq niyyətindədir.
Xatırladaq ki, Almaniyada fevralın 23-də Bundestaqda növbədənkənar seçkilər keçirilib. XDİ/XSİ 28,5 % səslə qalib gəlib. İkinci yeri tarixində ilk dəfə olaraq 20,8 % səslə “Almaniya üçün Alternativ” tutub. Üçüncü yerdə 16,4 % seçici səsi ilə ASDP qərarlaşıb. Onlardan sonra “Yaşıllar” və Sol partiya gəlir ki, onlara müvafiq olaraq 11,6 % və 8,8 % seçici səs verib.
Oxşar xəbərlər
Almaniyadakı seçkilərin qalibləri miqrasiya siyasətini sərtləşdirmək barədə razılığa gəliblər
Almaniyada Bundestaqa seçkilər başlayıb
Brandenburqda Şolts üçün vacib seçkilər: sosial demokratlar sağçı populistləri üstələməyi bacarıblar
Bundestaq “Almaniya üçün Alternativ” partiyasının qadağan edilməsi ilə bağlı müraciətə baxacaq
Almaniya BMT-nin xətti ilə qaçqınların qəbulunu dayandırıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin











