KİV: ABŞ Çin mallarına rüsumları 104 %-ə qaldıra bilər
Pekin Amerika mallarına yeni rüsumların tətbiqindən əl çəkməsə, Vaşinqton Çindən idxal edilən mallara rüsumlarını 104 %-ə qaldıra bilər.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə AFP agentliyi Ağ Evdəki mənbəyə istinadən məlumat yayıb.
Qeyd olunub ki, bu cür vəziyyət ABŞ prezidenti Donald Trampın Çinə qarşı tarifləri əlavə 50 % artırmaqla bağlı səsləndirdiyi sonuncu fikirlər real olacağı təqdirdə yaranacaq. Yeni artımın aprelin 9-da təsdiqlənəcəyi gözlənilir.
Xatırladaq ki, ABŞ artıq Çin mallarına 54 faiz rüsum tətbiq edib.
Bundan əvvəl, Donald Tramp “Truth Social” hesabındakı paylaşımda Çinə sabahadək vaxt qoyub. Onun sözlərinə görə, rəsmi Pekin 8 aprel 2025-ci il tarixinə qədər 34 % tarif artımını geri götürməzsə, ABŞ Çinə 50 % əlavə rüsum tətbiq edəcək.
Oxşar xəbərlər
Tramp Castin Trüdoya xəbərdarlıq edib
Kanada ABŞ-dən 155 milyard dollarlıq mallara 25% cavab rüsumları tətbiq edəcək
ABŞ Kanada, Çin və Meksikadan idxal edilən mallara rüsum tətbiq edəcək - YENİLƏNİB
Tramp: Pekin 34% tarif artımını geri götürməsə, ABŞ Çinə 50% əlavə rüsum tətbiq edəcək
ABŞ-ın Çin mallarına tətbiq etdiyi rüsumlar 104%-ə çata bilər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













