ABŞ-ın Çin mallarına tətbiq etdiyi rüsumlar 104%-ə çata bilər
sizinxeber.az xəbər saytı

ABŞ-ın Çin mallarına tətbiq etdiyi rüsumlar 104%-ə çata bilər


Pekin ABŞ mallarına yeni rüsumların tətbiqindən əl çəkməsə, Vaşinqton Çindən idxal olunan mallara tətbiq olunan rüsumlarını 104%-ə qaldıra bilər.

APA xəbər verir ki, bu barədə AFP agentliyi Ağ Evdəki mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə bu cür yüksək rüsumlar ABŞ tərəfindən yalnız o halda tətbiq ediləcək ki, prezident Donald Tramp əvvəlcədən verdiyi sözü həyata keçirərək mövcud rüsumları artıracaq.

Belə ki, o, Çinə qarşı 54%-lik artıq razılaşdırılmış rüsumlara 50% də əlavə edərək rüsumları 104 % edəcək.

Yeni artımın aprelin 9-da təsdiqlənəcəyi gözlənilir.

Qeyd edək ki, aprelin 2-də Tramp 185 ölkə və ərazidən gələn məhsullara yeni rüsumların tətbiq olunduğunu açıqlayıb.

Oxşar xəbərlər

ABŞ idxal olunan bütün məhsullara azı 10 faiz rüsum tətbiq edəcək
ABŞ narkotik vasitələrin daşınması şübhəsi ilə Çinə əlavə rüsumlar tətbiq edəcək
ABŞ-nin Kanadaya tətbiq etdiyi polad və alüminium rüsumları 50%-ə çata bilər
ABŞ Meksikadan Çindən gələn mallara rüsum tətbiq etməyi tələb edir
ABŞ martda bir sıra məhsullara idxal rüsumu tətbiq edəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle