BMT İran və ABŞ arasında münasibətlərin pisləşməsindən narahatdır
“BMT İran və ABŞ arasında artan gərginlikdən narahatdır və ümid edir ki, tərəflər vasitəçilərin köməyi ilə dolayı danışıqlara razılaşa bilərlər”.
“Sizinxeber.az” xəbər verir ki, bunu brifinqdə BMT-nin baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik deyib.
“Biz açıq şəkildə ABŞ və İran arasında artan gərginlikdən narahatıq. Üçüncü tərəf vasitəsilə dolayı danışıqların aparılması ehtimalının olması xəbərini də müsbət qarşıladıq. Ümid edirik ki, üçüncü ölkədən vasitəçi kimi istifadə etmək imkanı reallaşacaq”, - deyə o bildirib.
Qeyd edək ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqayi Vaşinqtonun vasitəçilərin köməyi ilə aparılan danışıqlara müsbət cavab verəcəyini bildirmişdi.
Diplomat bildirib ki, məsləhətləşmələr başlasa, Oman çox güman ki, vasitəçi kimi çıxış edəcək.
Oxşar xəbərlər
İran ABŞ ilə danışıqlarda Omanı vasitəçi kimi görür
XİN: İran İsrailin son hücumuna cavab verəcək
Moskvada Rusiya, Çin və İran nümayəndələri arasında məsləhətləşmələr keçiriləcək
İran Trampın məktubuna cavab göndərib
İran XİN Suriyadakı son hadisələrə münasibət bildirib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













