The Times: Britaniya ABŞ-dən əlavə “F-35”lər alacaq
sizinxeber.az xəbər saytı

The Times: Britaniya ABŞ-dən əlavə “F-35”lər alacaq


Böyük Britaniya, Avropa müttəfiqlərinin Vaşinqtondan həddindən artıq müdafiə asılılığı ilə bağlı narahatlıqlarına baxmayaraq, əlavə olaraq ABŞ-dən “F-35” qırıcıları alacaq.

“Report” xəbər verir ki, bu barədə Times qəzeti mənbələrə istinadən məlumat yayıb.

London bundan əvvəl Kral donanmasının iki təyyarədaşıyan gəmisi üçün 48 ədəd “F-35B” qırıcısı sifariş edib. Onlardan 37 ədədi artıq alınıb.

Nəşrin məlumatına görə, Britaniya hakimiyyəti indi ölkənin hərbi büdcəsinin artması fonunda klassik “F-35A”ların alınması imkanını nəzərdən keçirir. Təyyarələrin 20 ildən çox əvvəl istifadəyə verilmiş “Eurofighter Typhoon” qırıcılarını qismən əvəz edəcəyi gözlənilir.

Çünki, Kral Hərbi Hava Qüvvələri performans baxımından “F-35”dən daha aşağı olan 49 ədəd “Eurofighter Typhoon” qırıcısından imtina etməyi planlaşdırır.

Böyük Britaniya “F-35”in komponentlərinin təxminən 15%-ni istehsal edir. The Times-ın mənbələri hesab edir ki, Böyük Britaniya Amerika qırıcılarına keçdikdən sonra mühəndislik bacarıqlarını itirməyəcək, çünki ölkə ixrac üçün “Eurofighter Typhoon” istehsalını davam etdirəcək, xüsusən Səudiyyə Ərəbistanı və Türkiyəyə.

Oxşar xəbərlər

Ukrayna “Gripen” və “Eurofighter” qırıcıları əldə etmək istəyir
Ukrayna Böyük Britaniya və müttəfiqlərindən 30 min yeni PUA alacaq
KİV: Britaniya 10 ildə müdafiə xərclərini 14 % artırıb
Britaniya Ukraynaya daha 650 ədəd çoxməqsədli “Martlet” raketi verəcək
KİV: Britaniya münaqişə vəziyyətində öz səmasını qoruya bilməyəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər