Vens: Qara dənizdə atəşkəs sazişi demək olar ki, hazırdır
“Qara dənizdə atəşkəslə bağlı razılaşmalar demək olar ki, hazırdır”.
“Report”un məlumatına görə, bunu ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens Qrenlandiyaya səfərinin yekunlarına dair mətbuat konfransında deyib.
“Əlbəttə, bizdə enerji infrastrukturu və Qara dənizdəki ticarət gəmiləri ilə bağlı demək olar ki, hazır olan atəşkəs var. Müəyyən nöqtəyə çatanda biz Ukraynada atəşkəsin növbəti mərhələsi üzərində işləyəcəyik”, - o deyib.
Vans həmçinin vurğulayıb ki, Vaşinqton bütövlükdə Ukraynadakı münaqişənin həlli üzrə danışıqların gedişinə nikbin baxır:
“Lakin ABŞ Prezidenti Donald Tramp daha əvvəl deyib və o, haqlıdır ki, biz vəziyyətin necə olduğuna nəzər yetirərək, özümüzü çox yaxşı hiss edirik. Güvənirik, amma yoxlayırıq”.
Oxşar xəbərlər
Ceyms Devid Vens ABŞ-nin vitse-prezidenti olub
Vens Trampın xarici siyasətinin prioritetini açıqlayıb
Vens: Tramp seçkilərdə demokratların istənilən namizədinə qalib gələcək
Vens: Tramp İranın nüvə silahına malik olmasına imkan verməyəcək
Trampın komandası Orbanın Ukrayna təşəbbüsünü nəzərdən keçirməyə hazırdır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













