Trampın komandası Orbanın Ukrayna təşəbbüsünü nəzərdən keçirməyə hazırdır
sizinxeber.az xəbər saytı

Trampın komandası Orbanın Ukrayna təşəbbüsünü nəzərdən keçirməyə hazırdır


ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın komandası Macarıstanın Baş naziri Viktor Orbanın irəli sürdüyü münaqişənin həlli üçün Ukraynada atəşkəsin olması təklifi nəzərdən keçirməyə hazırdır.

“Sizinxeber.az” xəbər verir ki, bu barədə Trampın gələcək milli təhlükəsizlik müşaviri Mayk Uolts “CBS” telekanalında bildirib.

Ondan Orbanın Ukraynada atəşkəs və Milad bayramları zamanı Rusiya ilə əsirlərin mübadiləsi ilə bağlı daha əvvəl elan edilmiş təşəbbüsünü şərh etməsi istənilib.

“Hərbi əməliyyatları dayandırmaq lazımdır. Əgər ilk addım kimi hansısa atəşkəs təklif edilərsə, o zaman bunun nə demək olduğunu diqqətlə öyrənəcəyik”.

O xatırladıb ki, bu təklifi Rusiya prezidenti Vladimir Putinə təqdim etməzdən əvvəl Orban Floridada Trampla görüşüb. Lakin prezidentin milli təhlükəsizlik üzrə gələcək köməkçisi Trampın Orban vasitəsilə Rusiya liderinə hər hansı mesaj verib-vermədiyinə aydınlıq gətirməkdən imtina edib.

Oxşar xəbərlər

Uolts: Tramp Ukrayna məsələsində hazırkı administrasiya ilə işləyəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Kreml: Orban Putinə Trampın mesajlarını çatdırmayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Peskov: Macarıstan Rusiya ilə Ukrayna arasında danışıqlar platforması kimi müzakirə olunmayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Orban: Trampın ABŞ seçkilərində qələbəsi Macarıstanın təcridinə son qoyub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Viktor Orban Floridada Donald Tramp və İlon Maskla görüşüb [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər