ABŞ Ukrayna üzrə planın hazırlanmasını yaxın vaxtlarda başa çatdıra bilər
sizinxeber.az xəbər saytı

ABŞ Ukrayna üzrə planın hazırlanmasını yaxın vaxtlarda başa çatdıra bilər


ABŞ administrasiyası Ukrayna münaqişəsinin sülh yolu ilə həlli üzrə öz planının hazırlanmasını bir neçə gün və ya həftə ərzində başa çatdıra bilər.

“Sizinxeber.az” CNBC telekanalına istinadən xəbər verir ki, bu barədə Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Amerika liderinin Ukrayna üzrə xüsusi elçisi Kit Kelloq bildirib.

“Bizə manevr üçün bir az məkan və vaxt verməlisiniz, lakin mən bundan (planın hazırlanmasından – red.) danışanda altı ayı deyil, günləri və həftələri nəzərdə tuturam”, – o qeyd edib.

Kelloq vurğulayıb ki, bu çox cəhətdən ABŞ Prezidenti Donald Trampın sərəncamlarından asılıdır.

Xatırladaq ki, fevralın 12-də Rusiya Prezidenti Vladimir Putin və Tramp telefon danışığı aparmışdı. Amerika lideri “Truth Social” sosial şəbəkəsində yazmışdı ki, Vaşinqton və Moskva Rusiya – Ukrayna münaqişəsinin həlli üzrə danışıqlara dərhal başlayır.

Oxşar xəbərlər

Kit Kelloq: Tramp yaxın aylarda Ukrayna münaqişəsini həll edə biləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
ABŞ-nin xüsusi nümayəndəsi fevralın 20-də Kiyevə səfər edə bilər [xfgiven_updateblue][/xfgiven_updateblue]
Tramp: Rusiya-Ukrayna münaqişəsinin həlli üzrə əhəmiyyətli irəliləyiş əldə etdik [xfgiven_updateblue][/xfgiven_updateblue]
Münhen konfransında Trampın Ukrayna ilə bağlı planı təqdim ediləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Tramp Ukrayna və Rusiya liderləri ilə danışıqlardan razı qalıb [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər