Venesuela USAID-i hökumətin devrilməsini maliyyələşdirməkdə ittiham edib
ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) ayırdığı vəsait ifrat sağçı müxalifət tərəfindən Venesuela hökumətini devirmək üçün istifadə edilib.
“Report” xəbər verir ki, bunu Venesuelanın hakim Vahid Sosialist Partiyasının qurultayında ölkənin vitse-prezidenti Delsi Rodriqes deyib.
O, özünü prezident elan edən Xuan Quaydo və ifrat sağçı müxalifət liderlərinin Venesuela hökumətini devirmək üçün ABŞ agentlikləri tərəfindən maliyyə yardımı aldığını bildirib.
Rodriges qeyd edib ki, Venesuela USAID tərəfindən maliyyələşdirilən ekstremistlərin əməllərindən zərər çəkib:
“ABŞ vəsaitləri hökumətləri devirmək üçün istifadə olunub. Biz Venesuelaya qarşı təcavüzün bu agentlik tərəfindən maliyyələşdirildiyini görürük. Blokadaya və hücumlara baxmayaraq, Venesuela xalqı öz suverenliyini müdafiə etmək üçün ayağa qalxıb”.
Oxşar xəbərlər
Venesuela Prezidenti hökumətdə genişmiqyaslı dəyişikliklər edib
Venesuela ordusu Ali Məhkəmənin Maduronun prezident seçilməsi qərarını dəstəkləyib
Venesuela prezidenti ənənəvi dəyərləri müdafiə edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
GTA 6 üçün ön-sifariş rəsmi şəkildə açıldı
-
DÇ-2026: Son tura start verilir
-
DÇ-2026: Mərakeş - Haiti qarşılaşmasında ikinci hissə başlayıb - YENİLƏNİR-6
-
İsrail yeni lazer silahını təqdim etdi: 60 saniyədə 30 hədəf məhv edilir
-
Tusk: Polşanın müdafiə xərcləri ÜDM-in təxminən 7 %-nə çatıb
-
ABŞ Türkiyəyə 700 milyon dollar dəyərində qırıcı təyyarə mühərrikləri satmaq niyyətindədir
