WSJ: İsrail 2025-ci ildə İranın nüvə obyektlərinə zərbələr endirə bilər
ABŞ kəşfiyyat agentlikləri İsrailin bu il Tehranın zəifləməsindən istifadə edərək İranın nüvə obyektlərinə genişmiqyaslı zərbələr endirmək imkanını nəzərdən keçirdiyi qənaətinə gəlib.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə “The Wall Street Journal” qəzeti mənbələrə istinadən məlumat yayıb.
Bu nəticə keçmiş ABŞ Prezidenti Cozef Bayden administrasiyasının son günlərində hazırlanmış analitik hesabata daxil edilib. Sənəddə 2024-cü il ərzində İranın imkanlarının zəifləməsindən sonra regionda hərbi fəallığın davam etməsi riskləri vurğulanıb.
Kəşfiyyat məlumatları ilə tanış olan iki mənbənin məlumatına görə, İsrail belə zərbələr üçün Donald Tramp administrasiyasının dəstəyini almağı planlaşdırır və onu keçmiş prezident Cozef Baydenlə müqayisədə hücumu dəstəkləməyə daha meyilli hesab edir.
Bundan başqa, İsrail tərəfi Tehranın nüvə silahı yaratmasının qarşısını almaq üçün vaxtın tükəndiyindən narahatdır. Amerikalı rəsmilərdən birinin sözlərinə görə, bu nəticələri təkrarlayan ikinci hesabat artıq Tramp administrasiyasının ilk günlərində təqdim edilib. Hərbi ekspertlərin fikrincə, İranın yaxşı möhkəmləndirilmiş nüvə obyektlərinə hücum etmək üçün İsrailə döyüş sursatı və texniki yardım da daxil olmaqla Amerika dəstəyi lazım olacaq.
Oxşar xəbərlər
Bayden İsrailin İranın nüvə obyektlərinə zərbələrini dəstəkləməyib [xfgiven_updateblue][/xfgiven_updateblue]
KİV: İsrail İranın nüvə obyektlərinə zərbə endirməklə cavab verə bilər [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bayden dekabrda İranın nüvə obyektlərinə mümkün zərbəni müzakirə edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
İsrail 2025-ci ildə İranın nüvə obyektlərinə zərbə endirə bilər [xfgiven_updateblue][/xfgiven_updateblue]
KİV: İsrail Suriyadan sonra İranın nüvə obyektlərinə zərbələr endirə bilər [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












