Bayden dekabrda İranın nüvə obyektlərinə mümkün zərbəni müzakirə edib
ABŞ Prezidenti Cozef Bayden 2024-cü ilin dekabrında İranın nüvə obyektlərinə zərbə endirmək imkanını müzakirə edib.
"Report"un məlumatına görə, bu barədə "Axios" portalı mənbələrə istinadən xəbər verib.
Onların məlumatına görə, müvafiq təklif 2024-cü ilin dekabrında keçirilən görüşdə ABŞ liderinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan tərəfindən irəli sürülüb. Onun fikrincə, əgər Tehran ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın andiçmə mərasiminin keçiriləcəyi vaxt - yanvarın 20-dən əvvəl nüvə silahı əldə etməyə yaxınlaşsa, İranın nüvə obyektlərinə zərbə endirmək mümkün olardı. “Axios” qeyd edib ki, Bayden həmin iclasda zərbəni təsdiqləməyib və bunu bu günə qədər də etməyib.
Portalın mənbələri vurğulayıblar ki, zərbə ehtimalının müzakirəsi yeni kəşfiyyat məlumatlarının ortaya çıxması ilə bağlı olmayıb və Baydenin qərarını nəzərdə tutmayıb. Bir mənbə vurğulayıb ki, hazırda Ağ Evdə belə müzakirələr aparılmır.
Oxşar xəbərlər
Bayden İsrailin İranın nüvə obyektlərinə zərbələrini dəstəkləməyib [xfgiven_updateblue][/xfgiven_updateblue]
KİV: Bayden komandası ilə İranın nüvə obyektlərinə zərbə endirmək planlarını müzakirə edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
KİV: İsrail İranın nüvə obyektlərinə zərbə endirməklə cavab verə bilər [xfgiven_updateblue][/xfgiven_updateblue]
KİV: İsrail İranın nüvə obyektlərinə hücumlardan çəkinəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
“Axios”: ABŞ İraqdan İranın öz ərazisindən hücumunun qarşısını almağı tələb edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi











