Ekvadorda prezident və parlament seçkiləri keçirilir
sizinxeber.az xəbər saytı

Ekvadorda prezident və parlament seçkiləri keçirilir


Ekvadorda prezident və parlament seçkiləri keçirilir.

“Sizinxeber.az” xarici KİV-ə istinadən xəbər verir ki, səsvermə yerli vaxtla saat 07:00-da (Bakı vaxtı ilə 16:00) başlayıb. Seçki məntəqələri 10 saat açıq olacaq.

Yüksək hökumət postu uğrunda 16 namizəd, o cümlədən 2023-cü ilin oktyabrında erkən səsvermədə seçilmiş hazırkı prezident Daniel Noboa mübarizə aparır. Onun əsas rəqibi solçu Vətəndaş İnqilabı hərəkatının namizədi, prezident Rafael Korreanın hökumətində müxtəlif vəzifələrdə çalışmış (2007-2017) Luisa Qonzalesdir.

"Ipsos" sosioloji şirkətinin dərc etdiyi ictimai rəy sorğusunun nəticələrinə görə, seçicilərin 45,5 %-i Noboaya, 31,3 %-i isə Qonzalesə səs verməyə hazırdır. Qələbə qazanmaq üçün mütləq səs çoxluğu və ya ən azı 40 % səs lazımdır. Amma namizədlər arasında ən azı 10 % səs fərqi olmalıdır.

Fevralın 9-da namizədlərdən heç biri lazımi səsi yığa bilməsə, aprelin 13-də ölkədə seçkilərin ikinci turu keçiriləcək.

Oxşar xəbərlər

Ekvadorda prezident və parlament seçkiləri keçiriləcək
Ekvadorda parlament və prezident seçkiləri keçirilir, sərhədlər bağlanıb
Finlandiyada prezident seçkiləri keçiriləcək
Rumıniyada parlament seçkiləri keçirilir
Əlcəzairdə növbədənkənar prezident seçkiləri keçirilir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər