Ekvadorda prezident və parlament seçkiləri keçiriləcək
Bu gün Ekvadorda parlament və prezident seçkiləri keçiriləcək. Ölkə vətəndaşları dövlət başçısından başqa Milli Assambleyaya (parlament) 151 deputat seçməli olacaqlar.
"Report"un xarici KİV-ə istinadən verdiyi məlumata görə, Ekvadorda son prezident seçkilərindən iki ildən az vaxt keçib. O vaxtkı dövlət başçısı Gilyermo Lasso parlamenti buraxmaq məqsədi ilə erkən səsvermə təyin edib.
Həmin seçkinin qalibi, ölkənin ən zəngin iş adamlarından birinin oğlu, 37 yaşlı Daniel Noboa yenidən namizədliyini irəli sürüb. Ondan başqa ən yüksək dövlət postu uğrunda 16 siyasətçi mübarizə aparır. Noboanın əsas rəqibi keçmiş prezident Rafael Korreanın (2007-2017-ci illərdə dövlət başçısı olub) hökumətində müxtəlif vəzifələrdə çalışmış, Milli Assambleyanın sabiq üzvü Luisa Qonzalesdir.
“Ipsos” təşkilatının apardığı sorğuya görə, rəyi soruşulanların 45,5 %-i Noboaya, 31,3 %-i isə Qonzalesə səs verməyə hazırdır.
Oxşar xəbərlər
Bu gün Qanada prezident və parlament seçkiləri keçiriləcək
ABŞ-də 70 milyondan çox seçici erkən səsvermədə iştirak edib
Əlcəzairdə növbədənkənar prezident seçkiləri keçirilir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
GTA 6 üçün ön-sifariş rəsmi şəkildə açıldı
-
DÇ-2026: Mərakeş - Haiti qarşılaşmasında ikinci hissə başlayıb - YENİLƏNİR-6
-
Tusk: Polşanın müdafiə xərcləri ÜDM-in təxminən 7 %-nə çatıb
-
İsrail yeni lazer silahını təqdim etdi: 60 saniyədə 30 hədəf məhv edilir
-
FIFA Qətər millisinin futbolçusu Asim Madibonu 5 oyunluq cəzalandırıb
-
DÇ-2026: Şotlandiyanı üstələyən Braziliya C qrupunu lider kimi başa vurub - YENİLƏNİB-6
