Ekvadorda parlament və prezident seçkiləri keçirilir, sərhədlər bağlanıb
Bu gün Ekvadorda parlament və prezident seçkilərində səsvermə keçirilir, qonşu ölkələrlə sərhədlər bağlanıb.
Sizinxeber.az-nın xəbərinə görə, prezident postu uğrunda hazırkı dövlət başçısı Daniel Noboa da daxil olmaqla, 16 namizəd mübarizə aparır.
Seçkilərdə hazırkı prezidentin əsas rəqibi 2007-2017-ci illərdə Rafael Korreranın prezidentliyi dönəmində hökumətdə müxtəlif vəzifələr tutmuş Luiza Qonzales sayılır. Luiza Qonzalesin namizədliyi Vətəndaş İnqilabı Hərəkatı tərəfindən irəli sürülüb. Prezident seçkilərində qalib gəlmək üçün seçicilərin ən azı 40 faizinin səsini toplamaq, yaxud ən yaxın namizəddən ən azı 10 faiz çox səs toplamaq tələb olunur. Əgər namizədlərdən hər hansı biri lazımi səsi toplamazsa, aprelin 13-də ikinci tur keçiriləcək.
Ekvadorda seçicilər eyni zamanda Milli Assambleyaya 151 deputat seçməlidirlər.
Son illər ölkədə təhlükəsizliklə bağlı yaşanan böhranla əlaqədar seçkilərdən öncə Prezident Daniel Noboa 8-10 fevral tarixlərində sərhədlərin bağlanması barədə göstəriş verib.
Oxşar xəbərlər
Ekvadorda prezident və parlament seçkiləri keçiriləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Rumıniyada prezident seçkiləri keçirilir - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bu gün Litvada parlament seçkiləri keçirilir, 71 yer uğrunda 699 namizəd yarışır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda parlament seçkilərində səsvermə başa çatıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Naxçıvan Ali Məclisinə seçkilərə start verilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












