Ağ Ev: Vaşinqton Qəzzaya qoşun göndərməyəcək
sizinxeber.az xəbər saytı

Ağ Ev: Vaşinqton Qəzzaya qoşun göndərməyəcək


ABŞ Qəzza zolağına qoşun göndərmək və ölkənin vergi ödəyiciləri hesabına Fələstin anklavının yenidən qurulmasını maliyyələşdirmək niyyətində deyil.

“Report”un məlumatına görə, bu barədə Ağ Evin mətbuat katibi Karolin Levitt "Fox News" telekanalına müsahibəsində bildirib.

“Prezident Donald Tramp Qəzzaya qoşun göndərməyəcəyini açıq şəkildə bildirib. Onun bunu etmək niyyəti yoxdur. O, həmçinin açıq şəkildə bildirib ki, ölkənin vergi ödəyiciləri bu səyləri maliyyələşdirməyəcəklər”, - Leavitt bildirib.

Qeyd edək ki, bundan əvvəl ABŞ prezidenti Donald Tramp İsrailin Baş naziri Benyamin Netanyahu ilə keçirdiyi mətbuat konfransında Vaşinqtonun Qəzza zolağını geri almağa və Fələstin anklavını təmizləməyə başlamağa hazır olduğunu bildirib.

Oxşar xəbərlər

Tramp: ABŞ "Qəzza zolağını götürməyə" və onu təmizləməyə hazırdır
Ağ Ev: Tramp Qəzzaya ordu göndərmək öhdəliyi götürməyib
Fələstin Prezidenti Qəzza zolağına səfər etmək niyyətindədir
HƏMAS ABŞ-ni Qəzzaya nəzarətlə bağlı bəyanatlardan imtina etməyə çağırıb
Tramp Netanyahu ilə görüşəcəyini təsdiqləyib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər